Qadin.NET / Dəbli qolbaqların hazırlanması

Dəbli qolbaqların hazırlanması

Əziz Qadin.Netli xanımlar! Yəqin ki, çoxunuz öz əlinizlə hazırladığınız sevimli aksesuarlara sahib olmaq istərdiniz. Bu xəbərimdə sizin üçün bir-birindən fərqli qolbaqların asan hazırlanma üsullarını təqdim edirəm. Çünki həm sadə, həm də zövqlü görünürlər. Siz də izlədikcə təkrarlamış olsanız çox gözəl qolbaqlara sahib olacaqsınız. 

Zəncirbənddən hazırlanmış qolbaq

Zəncirbənddən hazırlanmış bu qolbaq çox gözəl və zövqlü görünür. Gənc xanımların və qızların seçimi ola bilər.

İlk əvvəl zəncirbəndi götürürük və üzərinə videoda gördüyünüz dəmirləri taxırıq. Qələm vasitəsi ilə digər hissəsini bərkidirik. Beləliklə, eyni ardıcıllığı davam edirik. Sonda isə zəncirbəndin başlağıc və son hissəsini üst-üstə qoyaraq səliqə ilə tikirik. Zəncirli qolbağı da onun üzərinə yerləşdirib hər birini baş və sonluq hissədən səliqə ilə tikirik. Sonda eyni qayda ilə zəncirbəndin başlanğıc və son hissəsini üst-üstə qoyaraq tikirik.

Hörüklü qolbaq

Hörüklü qolbağın hazırlanması çox sadədir. İlk əvvəl 3 ədəd ipi götürüb başlanğıc hissəsini düyünləyirik. Düyünlədikdən sonra sizə hörmək rahat olsun deyə ipi masaya yapışdırırıq. Burada ancaq ipləri hörürük və hər hörüyə istədiyimiz fiqurları, yaxud kulonları taxa bilərik. Nəticədə hörüyü tamamlayıb hər iki sonluğu birləşdiririk. Bu zövqlü aksesuarı rəfiqənizə də hədiyyə edə bilərsiniz. 

Dostluq qolbağı

Dostluq qolbağının hazırlanması bir az qəliz görünsə də diqqətlə baxaraq təkrar etsəniz bacara bilərsiniz. Videoda hazırlanan qolbaq ən sadə növüdür. İlk dəfə hazırlayanlar üçün nəzərdə tutulduğundan çətinlik çəkməyəcəksiniz. Dostların bir-birinə verə biləcəyi gözəl hədiyyələrdən biridir. 

24 dekabr 2013
GO BACK