
Lazım olan materiallar:
Toxuma yumağı, 2 növ muncuq
Hazırlanması:
1.Yumaqdan uzun bir ip kəsin.

2.İpin bir ucunu bant şəklində bağlayın.Sonra o biri ucundan muncuğu keçirin.

3.Bir neçə santimetr buraxın və növbəti bantı bağlayın və yenə muncuq keçirin.(Bu dəfə fərqli muncuqlar ,həm də 2 ədəd)

4.Muncuqları şəkildəki kimi düzmək şərt deyil,istədiyiniz formada düzə bilərsiniz.

5. Ən sonda muncuqları növbəti bantla birləşdirin.
