Qadin.NET / Əl işlərim (2)

Əl işlərim (2)

Əziz xanımlarımız, keçən dəfə mən sizə mirvari yatağında muncuq və pilə ilə hazırladığım əl işlərimi təqdim etmişdim. Maraqla qarşılandığı üçün ikinci hissə əl işlərimi təqdim etmək istəyirəm. Lakin bunlar daha fərqli üsuldadır. Təxmin etdiyiniz kimi sadə ağ boşqab üzərində muncuq və pilələrlə işlədiyim sizə maraqlı ola biləcək əl işlərimin şəklini göstərmək istədim.
Bu boşqabı ad günü üçün hazırlamışdım. Şükürlər olsun ki çox bəyənildi. Gördüyünüz kimi bəzəklərlə yanaşı boşqaba şəkil də kəsib əlavə etmişəm.
Bu da fərqli formada boşqabdır. Hər yerdə tapılan, adi şəkil çərçivəsi əvəzinə bu boşqabı çərçivə kimi bəzəmişəm. Ürəyin boş qalan qisminə şəkil əlavə edilə bilər.
Bu da o tip çərçivələrdəndir. Nişanlılar üçün hazırlamışam. Xüsusi görünüşü var. 
Bu isə sərbəst mövzuda işlədiyim boşqabdır. Ən sevdiyim şəkillərdəndir. Bunu da hədiyyə edə və yaxud evinizin bir guşəsində bəzək əşyası kimi saxlaya bilərsiniz.
Bunun forması da bir başqadır. İçinə sevdiyiniz təbiət mənzərəsini işləmək olar.Əlavə olaraq mozaika kimi kənarına lap xırda fərqli-fərqli balıqqulaqları yapışdırmışam.
Bu boşqabdakı gördüyünüz fiquru yağlı boya ilə çəkilmiş sənət əsərindən götürmüşəm. Tamamilə fantaziya ünsürüdür. Butadan qadın əlində buta daşıyır. Milli naxış növümüz.
Bu isə vətənpərvərlik mövzusuna aiddir. Bu əl işinin mənim üçün xüsusi dəyəri var.
Bu da sadə bir əl işi. Mirvari yatağının bəzədilərək həqiqiyə bənzədilməsi.
Payız ən sevdiyim fəsildir. Siz də əl işlərinizdə sevdiyiniz fəsli canlandıra bilərsiniz.
Bu təsvirin üstündə çox işləmişəm. Rəssamlıq qabiliyəti az olan insançün qadın rəsmi çəkmək çətindir.
25 noyabr 2013
GO BACK