Keçən dərsimizdə, söylədiyim kimi, bu dərsimizdə kruçokla toxumagı öyrənəcəyik.Mənə görə kruçok çox asan və tez toxunur.Yəni ki, rahat öyrənə biləcəksiniz.
İlk öncə sadə zincir yığmağı öyrənirik.Bunun üçün şəkildəki hərəkətləri etməyə çalışın.Onu da qeyd edim ki,sadə zincir jurnallarda 0 işarəsi ilə göstərilir.
Əgər şəkildə başa düşmədinizsə, o zaman videoya baxaraq daha rahat öyrənə bilərsiz.
Videoda isə daha da aydın izləyə bilərsiniz.
İndi isə bir zincir deyilən toxunuşu öyrənək. Bunun üçün şəkillərə diqqətlə baxın.
Video ilə də öyrənə bilərsiz.
Və sonda bu günkü dərsimizdə öyrəndiklərinizdən istifadə edərək belə bir şərf toxuya bilərsiniz.
Bunun üçün istədiyiniz ölçudə boş zincir yığın .Sonrakı sırada isə hər zincirin içindən iki dəfə bir zincir toxunuşunu edin.
Beləliklə zincirlərin sayı artdıqca şərf burulmağa başlayacaq və bunu istədiyiniz qədər edə bilərsiz .
Mən burada 3 sıra toxumuşam
Əgər suallarınız olarsa, şərhlərdə yaza bilərsiz.