Qadin.NET / Mənim əl işlərim

Mənim əl işlərim

Rəbbim hər insana fərqli bacarıqlar bəxş edib. Kimimiz dadlı yeməklər bişirir, kimimiz şeir, hekayə yazır, kimimiz valehedici rəsmlər çəkirik və s. Bəzi bacarıqlar sırf fantaziya tələb edir. Biz qadınlar xəyalpərəst, incə ruhlu olduğumuz üçün rəngarəng fantaziyalarla zənginik. İnsanın sevdiyi işlərlə məşğul olmağı əsəblərini dincəldir, mənəvi rahatlıq gətirir. Dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizdə əl işlərinin incəsənətdə böyük rolu var. Bu yolla bir çox insanlar düzəltdiklərini müxtəlif ölkələrə satmaqla pul qazanırlar. Azərbaycan dünyada ən çox xalçaları ilə tanınır. Buna aid hətta bir əsər də yazılıb. Əl işləri əsasən onu düzəldən şəxsin düşüncələrini əks etdirir.

Balıqqulağı və muncuqdan istifadə edərək maraqlı və gözəl əl işləri hazirlaya bilərsiniz. Hədiyyə və suvenir kimi çox gozəldirlər.

Mən də sizə əl işlərimi təqdim edirəm. İnşAllah bəyənərsiniz.smile
Mənim əl işlərim
Bürcünüzü muncuqlarla əks etdirə bilərsiniz.
Mənim əl işlərim
Ən yaxin rəfiqəm Şəfiyeva Gülnar üçün hazırlamışam - gül və nar
Mənim əl işlərim
         Düşüncələrinizi muncuqlarla əks etdirmək pis olmazdı.
Mənim əl işlərim
Dini əl işləri də gözəl görünür.
 Güllərdən mozaika düzəltmək də zövq verir.
Sevdiyiniz müxtəlif rəsmlər də düzəldə bilərsiniz.
Xoşunuza gələn heyvanlar da ola bilər.
Zövqünüzə görə bijüteriya qabı da bəzəyə bilərsiniz.
15 sentyabr 2013
GO BACK