Qadin.NET / Köhnəlmiş ayaqqabıları yeniləyək

Köhnəlmiş ayaqqabıları yeniləyək

 

Əziz  xanımlar, bu dəfə sizlərə köhnəlmış  ayaqqabılarınızı yeniləməyi  göstərmək  istəyirəm . Bu  ayaqqabıları  hazırladıqda  yeni  ayaqqabılardan heç bir  fərqi  olmayacaq,  bununla  siz  ziyafətlərə  gedə  bilərsiz.

Bunun  üçün  bizə lazım olacaq: 

1 ədəd  şəffaf  yapışqan

1 ədəd  fırça 

1 paçka  zövqə  görə  istənilən rəngdə zər

Əvvəlcə  ayaqqabılarımızın  hər  tərəfini  yaxşıca  yapışqanlayırıq. Bundan sonra zəri ayaqqabıların hər tərəfinə bolluca tökürük  və  sonra qurumağa qoyuruq.

Köhnəlmiş ayaqqabıları yeniləyək

 

 İndi  isə  başqa  ayaqqabı  nümunələrini  göstərmək  istəyirəm. Əgər  evdə  köhnəlmiş  babet  ayaqqabılarınız  varsa,  onları  yeniləmək  istəyirsinizsə, bir boşqaba  bir  az  yapışqan və  zər  töküb  qarışdırırıq.

 

Köhnəlmiş ayaqqabıları yeniləyək

 

Sonra  ayaqqabının  üstünə  çəkirik.

 

Köhnəlmiş ayaqqabıları yeniləyək

Ayaqqabılar  quruduqdan  sonra,  istəyə  görə  üzərinə  incə  lent  yapışdıra  bilərsiniz. 

Köhnəlmiş ayaqqabıları yeniləyək

 

Başqa  bir  nümünə: elə  bu qayda ilə dolğun  dabanlı ayaqqabılarınızın  dabanlarını da  dəyişdirə bilərsiniz.

Köhnəlmiş ayaqqabıları yeniləyək
Budur  ayaqqabılarımız  hazırdır.

26 avqust 2013
GO BACK