Lazım olan materiallar:
1.Sarı rəngli toxuma ipi
2.Qırmızı rəngli qaytan(bağ)
3.Qara rəngli kiçik muncuqlar
4.Kordon
Hazırlanması:
Cücələrin hazırlanması şəkillərdən də göründüyü kimi çox asandır.Hətta bunu uşağınızla birlikdə də düzəldə bilərsiniz.
Əvvəlcə kordon şəkildəki kimi kəsilir,üzərinə ip sarınır,daha sonra ip ortadan bağlanır.Və hər iki kənarından kəsilir.
Bir cücə üçün 2 top hazırlayacaqsınız alt hissə üçün böyük,üst hissə üçün kiçik.
Sonrakı addımda qaytandan cücənin ayaqlarını və dimdiyini düzəldəcəksiniz.
Ən sonda muncuqlardan gözləri düzəldəcəksiniz.
Bu da sizin övladınıza öz əllərinizlə hazırladığınız CÜCƏ.