Qadin.NET / Ev şəraitində dəbli boyunbağının hazırlanması (3)

Ev şəraitində dəbli boyunbağının hazırlanması (3)

Əziz Qadin.Net xanımları, sizə mirvaridən boyunbağı yaxalığın hazırlanması qaydalarını göstərmək istəyirəm. 

Bunun üçün bizə lazımdır:

40x40 sm-lik krem rəngli keçə

2 m uzunluğunda ipə yerləşən mirvari

30 sm lent

Yapışqan

Bir parça kağız

Qayçı

Qələm 

Hazırlanması:

1. Kağızı iki yerə qatlayın, yaxalıq şəklinin yarısını qatlanmış kağızın üzərinə çəkin və qayçı ilə yaxanın şəklini kəsin.

2. Kağız yaxalığı keçənin üzərinə qoyaraq şəklini çəkin.

3. Keçədən yaxalığın şəklini kəsin.

4. Yapışqanı keçənin kənarlarına sürtün.

5. İpdə olan mirvariləri keçənin kənarına yapışdırın.

6. Keçənin içini də bu vəziyyətdə yapışqanla sürtüb mirvariləri düzün.

7 .Boş yerlər qalsa mirvarilərdən ora yapışdırın və qurumasını gözləyin.

8. Boyunbağının uclarından iki deşik açın.

9. Açdığınız yerlərdən lentləri keçirin.

10. Lentlərin uclarını bir–birinə bağlayın.

Ev şəraitində dəbli boyunbağının hazırlanması (3)
Yaxalıq şəklində olan boyunbağımız hazırdır.
Ev şəraitində dəbli boyunbağının hazırlanması (3)
16 oktyabr 2013
GO BACK