Əziz Qadın.Netli xanımlar bu sadə və dəbli boyunbağını hazırlamaq üçün bizə lazımdır:
1 ədəd uzun gümüşü zəncir
3 ədəd uzun, nazik məftil
10 ədəd xırda halqa məftillər
1 ədəd boyunbağı üçün bağlanan yer
3 ədəd iri firuzə qaşı (zövqə görə istədiyiniz rəng daş qaş götürə bilərsiz)
1 ədəd kəlbətin
Əvvəlcə boyunbağının bağlanan yerini kəlbətinin köməyi ilə xırda halqalara birləşdiririk.
Hazır olduqdan sonra
Firuzəyi daşları götürüb, içindən nazik məftili keçiririk.
Sonra kəlbətinin vasitəsiylə məftilin başını əyirik.
Qalan iki daşıda bu vasitə ilə düzəldirik.
Sonra daşların üçündə bir halqaya keçiririk.
Və zəncirdən asırıq.
Boyunbağımız hazırdır.