Qadin.NET / Rəngarəng ideyalar

Rəngarəng ideyalar

Süfrələrin bəzədilməsində əsas diqqət masanın üzərindəki salatlara və bir çox şeylərə diqqət edilir. Bu gün sizlərə bir neçə üsuldan istifadə etməklə, süfrənizi bəzəməkdə sizlərə yardımçı olacam .Çox sadə asand və tez başa gələ biləcək ideyalardı.
Əvvəlcə bizə 1ədəd xiyar lazım olacaq. Xiyar hər iki hissədən kəsilir və tən ortadan ikiyə bölünür.
Xiyar gördüyünüz kimi qoyulub, çox nazik tam ayrılmadan kəsilir şəkildəki kimi.
İstifadə edəcəyiniz qaba qoyaraq biri qatlanır, biri yox. Çox ehtiyyatla etmək lazımdır ki, sınmasın. Şəkildə tam aydınlığı ilə göstərilib.
Qatlanmış hissələrə xırda pamidor dilimi yerləşdirmək olar.
Zövqünüzə uyğun bəzəyə bilərsiniz.
İkinci üsulda çox asan şəkildə göstərilir.





Və ya uzununa nazik kəsilib, gördüyünüz formanı hazırlamaq olar. 
Yumurtadan bir neçə forma hazırlamaq üçün bizə qaynadılıb qabığı soyulmuş isti yumurta lazım olacaq.
 Əvvəlcə bizə lazım olacaq:
1 ədəd qalın vərəq
1 ədəd nazik uzun çöp
2 ədəd nazik rezin
Qalın vərəqin ortasına isti yumurta qoyulub, çubuğu gördüyünüz kimi qoyuruq.
Hər iki tərəfdən rezin ilə sıx bağlayıb, 10-15 dəqiqə soyuducuya qoyuruq.

Rezinləri açıb, çubuğu götürürük.

Tən ortadan ikiyə bölürük.

Bu da tam qısaldılmış formada.
Evinizdə silikon fiqurlar varsa, onlardan da istifadə etmək olar .

Uşaqları sevindirmək üçün, silikon fiqurlardan  onların zövqünə uyğun istənilən formaları hazırlamaq olar.
Qeyd edim ki, yumurtalar isti olaraq formalara yerləşdirib, 10-15 dəqiqə soyuducuda saxlamaq lazımdır.

Pomidordan  çox asan və sadə  görüntü əldə etmək olar.
Bizə gördüyünüz formada pomidor lazım olacaq.
Pomidorlar gördüyünüz kimi  kəsilir.
Kəsilmiş hissələr bir-birinə birləşdirilir.
Bu qayda ilə istədiyiniz qədər pomidorları kəsərək bir-birinə birləşdirib, zövqünüzə uyğun çöpləri bəzəyib pomidora batırırıq.
Sevgili cütluklər bunu çox bəyənəcək.

Süfrələriniz bərəkətli olsun!
                                                                                                             (tərcümə edilib) 
 
16 avqust 2013
GO BACK