Qadin.NET / Saçaqlı geyimin tikilişi

Saçaqlı geyimin tikilişi

Saçaqlı geyimin tikilişi

Əziz xanımlar, bu gün sizlərə kiçik qızlar üçün çox asan və gözəl bir ətəyin hazırlanmasını göstərəcəm. Onu qeyd edim ki, bu xəbərim davamlı olacaq. Hər dəfə sizə yeni bir geyimin tikilməsini göstərəcəm, həm də ən asan formada. 

İlk olaraq saçaqlı ətəyin tikilməsindən başlamaq istəyirəm. Bunun üçün bizə lazım olacaq:

Saçaq (metrə ilə satılır)

 Ona uygun parça (astar)

İynə

Sap

Rezin

Saçaqlı geyimin tikilişi

Saçaqlı geyimin tikilişi

Əvvəlcə uşağın ölçüsünü  nəzərə alıb parçanı düzbucaqlı formada kəsirik. Həmin parçanı yenidən 2 hissəyə bölürük - ön və arxa tərəf  olur.

Saçaqlı geyimin tikilişi

Sonra isə saçaqların səliqəli tikilməsi üçün parçanın üstündə xətt çəkirik. Tikəndə o xətlərin üstü ilə tikilir. Ona görə də səliqəli və asan tikmək olur. Və başlayırıq sıra ilə saçaqları tikməyə.

Saçaqlı geyimin tikilişi
Saçaqlı geyimin tikilişi

Saçaqlı geyimin tikilişi 

Ətəyimizin ön (arxa) hissəsi artıq hazırdır. Mən hər hissə üçün 6 sıra tikdim. Ətəyin böyük və balacalığına görə saçaq sırasını artırıb-azaltmaq olar.
Saçaqlı geyimin tikilişi

Hər iki tərəf də hazır olduqdan sona ətəyin ön və arxa hissəsini bir-birinə tikirik. Sonra isə ətəyin yuxarısında qalan parçanı qatlayıb tikirik və içinə rezin salırıq. Budur, artıq ətəyimiz hazırdır.

Saçaqlı geyimin tikilişi

Qeyd: Bu ətəyə mağazadan heç bir kofta tapıb uygunlaşdıra bilmədim. Ona görə də koftanı da özüm tikməli oldum.

İndi isə başlayaq koftanın hazırlanmasına. Bunun üçün bizə lazımdır:

Sadə mayka

Saçaq

Onu da qeyd edim ki, uşaqlara aid belə qara rəngdə mayka tapmadığım üçün məcbur qalıb öz geyimimdən hazırladım lol

Saçaqlı geyimin tikilişi  

 Əvvəcə maykanı uşağın ölçüsünə gətirmək lazımdır. Bunun üçün  maykanın bir çiynindən aşağıya qədər kəsirik və yanını tikib saçağı yuxarı hissəsinə tikirik.  

Saçaqlı geyimin tikilişi

 Bu qədər asandır. Budur, geyimimiz artıq hazırdır. wink
Saçaqlı geyimin tikilişi 
15 aprel 2013
GO BACK