Əziz Qadın.Netlilər, hər biriniz ev şəraitində bu ətəkdən, öz körpənizə toxuya bilərsiniz.Toxunuşu çox asan və gözəldir.Allah hər bir ailəyə xeyirli övladlar nəsib etsin.Amin!
Ətəyi toxumaq üçün bizə lazımdır:
1 ədəd qarmaq
2 top rəngli ip
10 sm-lik bəzək vermək üçün isə ağ ip lazımdır.
Toxunulma qaydası:
Əvvəlcə qarmağa 100 zəncir yığırıq.
Sonra uclarını birləşdirib 12 sıra toxuyuruq.İndi isə naxışa keçirik.1-ci sıranı artırmadan toxuyuruq.Aşağıdakı şəkildə göstərilən qaydada naxış qoyulur.
Hər 7 toxunuşdan bir -bir ilmək artırırıq və beləliklə 7 sıra artıra-artıra toxuyuruq.
8-ci sıradan 16-cı sıraya kimi artırmadan toxuyuruq.
Bel tərəfindən ağ iplə 2 sıra sadə toxunuşla toxuyuruq,ətək tərəfindən də 1 sıra sadə toxuyub, sonra gül naxışı vururuq.
Ən sonda beli üçün kəmər toxuyuruq və qotaz qoyuruq.
Budur balaca qız uşaqları üçün ətəyimiz hazrdır.
Allah bütün uşaqları qorusun!Olmayanlara da xeyirli övladlar nəsib etsin.Amin!