Qadin.NET / Balaca uşaqlar üçün papışın toxunması

Balaca uşaqlar üçün papışın toxunması

    Əziz Qadın.Netli xanımlarmız, hər biriniz evdə uşaqlarınız üçün bu sadə papışlardan toxuya bilərsiniz.

Bunlar 3.5 nömrə ayaq üçün nəzərdə tutulub.

Bizə lazım olacaq:

2 top rəngli ip

1 ədəd mil

1 ədəd qarmaq

Əvvəlcə milə 25 ilmək yığırıq (şəkildə göstərildiyi kimi), sonra 32 sıra toxuyuruq. Hamısı düz toxunuşla toxunmalıdır. 32  sıra qurtardıqdan sonra 8 ilməyi şəkildəki formada yığırıq.

  Daha sonra ağ ipə keçirik. Burada isə 1-ci sıranı düz, 2-ci sıranı tərs toxuyuruq.Yenə 1 düz, 1 tərs edirik ki, sünbül forması alınsın. 4 sıra toxuduqdan sonra o biri rəng ipə keçirik.Ondan da düz toxunuşla 4 sıra edirik. Beləliklə, 7 dəfə ağ, 6 dəfə digər rəngli iplə hər dəfə 4 sıra gedirik.Ən sonunu bağlayırıq.

Şəkildə göründüyü kimi, uclarını bu formada birləşdirib qarmaqla tikirik. Daha sonra isə bu formada altını qarmaqla tikirik.

İynəyə ip keçririk.Papışın önünə keçirib büzürük və qıraqların bağlayırıq.

Sonra qarmaqla papışın qıraqlarını bir cərgə sadə toxuyub,bu formada gül naxışı vururuq.

Budur, uşaq üçün papışlarmız hazırdır.Ümid edirəm ki, bəyənəcəksiniz.İnanıram ki, sizdə daha gözəl alınacaq.

21 fevral 2013
GO BACK