Lazım olan əşyalar:
1.Yapışqanlı səhifələri olan kiçik bir bloknot
2.Flomaster
3.Müxtəlif taxıl toxumları
4.Qalın kardon
5.Rəngləmək üçün boya
6.Yapışqan
7.Kibrit
8.Lak (mebel)
9.Bir neşə kiçik maqnit parçası
Hazırlanması:
1.Əvvəlcə kardonu götürüb onu aldığınız bloknotdan eni və uzunu 6-8 sm daha böyük kəsin.
2.Kəsdiyiniz kardonu istədiyiniz rəngdə rəngləyin.
3.Sonra kiçik bloknotu kardonun ortasına qoyub kənarlarına xətlər çəkin.
4.Kibrit çöplərinin başlarını qopararaq şəkdiyiniz xətlərin üzərlərinə yapışdırın..Qopratdığınız kibrit başlarını atmayın irəlidə onları toxumlarla birgə istəfadə edərsiniz.
5.Hazırladığınız toxumları bloknotun kənarlarındakı çərçivələrə qalın çəkdiyiniz yapışqan üzərinə yapışdırın.
6.Çərçivələri zövqünüzə görə toxumlarla yapışdırıb doldurun və 1-1,5 saat yapışqanın quruması üçün kənara qoyun.
7.Toxumlar yaxşıca yapışdıqdan sonra üzərlərini mebel lakı ilə parlatın.
8.Bloknotun sağ tərəfinə istədiyiniz rəngdə flomaster də taxa bilərsiniz.