Qadin.NET / Şirniyyat buketi

Şirniyyat buketi

Əziz Qadın.Netlilər, sizə şirniyyat buketinin hazırlanma qaydasını təqdim etmək istəyirəm. Belə buketi nişan üçün və ya sadəcə hədiyyəlik hazırlamaq olar. Yəqin ki, şirniyyat buketləri satışda da var. Amma öz əlinizlə hazırladığınız,  əmək verdiyiniz iş daha dəyərli olur.  

Əlbəttə ki, buketin gözəl görünməsi üçün bizə bir neçə ləvazimat lazım olacaq.

1. Rəngli kağız salfet.

2.5sm. enində narıncı kağız lent.
3. 1sm. enində narıncı kağız lent.
4. Yaşıl kauçuk budaqlar.
5. Yumşaq yaşıl lent.
6. Qayçı
7. Kəlbətin.
8. Taxta çubuqlar.
9. Buketi bükmək üçün tül.
10. Kauçuk yaşıl yarpaqlar.
11. Kağız gül.

 

 

Gülün ləçəyini düzəltmək üçün, uzunluğu 18sm. eni 12sm. olan qırmızı ( gülün ləçəyini başqa rəngdə də götürə bilərsiniz) salfet kəsilir.  Bir küncündən  eni 6sm. uzunluğu 7-8sm. olan bir parça ayrılır. 


 

Ayrılmış parçanı ( göründüyü kimi)  kəsilməyən hissəyə  yerləşdirib, şirniyyatı üzərinə qoyub bükürük.

 

 

Yaşıl kauçuk çubuğu da şirniyatın aşağı hissəsinə qoyub,belə formada bükülür.

 

 

Yaşıl yumşaq lent ilə gülün alt hissəsi bükülür, ensiz narıncı lent ilə isə şirniyyatı ləçəklərə bərkidərək bağlayırıq.

 

 

Gülləri hazırladıqdan sonra, qayçının ucu ilə yaşıl yarpaqların uclarını bururuq,  onları taxta çubuğa bərkidirik. 


 

Öz fantaziyanızı da əlavə edərək, istədiyiniz formanı verə bilərsiniz. 


 

Aksesuarlardan istifadə edərək buketi tül parçaya bükmək olar. 


 

Buket artıq hazırdır.

 

26 yanvar 2013
GO BACK