Qadin.NET / "Şirin şam ağacı" düzəldək

"Şirin şam ağacı" düzəldək

Əziz userlər,Yeni il bayramına az qaldığını nəzərə alaraq sizlərə şam ağacının hazırlanma qaydasını təqdim edirəm.Əminəm ki,çoxunuz bunu ailənizlə,xüsusilə də uşaqlarınızla düzəldərkən həm də əylənəcəksiz.Daha çox bəyəndiyim konfetlərdən hazırlanan şam ağacı oldu. Şirin balalarınızı sevindirmək üçün daha bir vasitə!Həm də uşaqların inkişaf edən beyinləri üçün və əl qabiliyyyətlərinin artması üçün gözəl və dadlı üsuldur.

 

Beləliklə, zəruri olan ləvazimatları hazırlayırıq.
1.Yapışqan.
Yapışqan zəhərsiz olmalıdır. Skoçdan da istifadə etmək olar.Sonradan konfetləri ehtiyatla açıb yemək,yenidən örtük kağızlarını bağlamaq olar.
2.Konfetlər.
3.Qayçı.
4. Vatman (yaşıl rəngdə).
5. Atlas lent, qırmızı rəngli, uzunluğu 30 sm, eni 1 sm.
6. Şam ağacı üçün bəzək əşyaları.

Vatmandan istədiyimiz ölçüdə konus hazırlayırıq.Yaşil rəngə boyayırıq. Daha sonra ağacımızı konfetlərlə bəzəməyə başlayırıq.Bunu rahat etmək üçün konusu banka üzərinə yerləşdiririk.Konfetləri bir-bir konusun üzərinə yapışdırırıq.Birinci sirada konfetlər konusdan sallanmalıdır.

 

Sonrakı sıraları şahmat qaydası ilə düzməyə çalışırıq:elə edirik ki,hər konfetin ucu altdakı iki konfetin arasına düşsün.Beləcə, konusun təpəsinə qədər davam edirik.Ən tpəsinə isə ulduz əvəzi dik olaraq bir konfet yapışdırırıq.Ağacımızı lentlərlə və kiçik oyuncaqlarla bəzədikdın sonra "Şirin şam ağacı"mız hazırdır!

 

Bu da uşaqlarla tələsik düzəltdiyimiz şam ağacı.

 

 

 

"Yeməli şam ağacları"nı başqa variantlarda da hazırlaya bilərsiz.Bir neçəsini sizin üçün seçmişəm.



İnşaAllah, bəyənib seçdikləriniz olar.Xanımlarımızın fantaziyası böyükdür.İnanıram ki,bundan da gözəllərini hazırlaya bilərsiz.Qarşıdan gələn Yeni ilinizi indidən təbrik edirəm!
27 dekabr 2012
GO BACK