Qadin.NET / Suvenirin hazırlanma qaydası

Suvenirin hazırlanma qaydası

 

Əziz Qadin.net xanımları, mənim əl işlərimin bəziləri ilə tanışsınız. Yazdığınız şərhlərdə əl işlərimi necə hazırladığımı görmək istəmişdiniz. Mən də sizə söz vermişdim ki, düzəltdiyim əl işlərimin bir nümunəsini, necə hazırladığımı təqdim edəcəyəm.

Necə hazırladığımı siz də görün və bu cür suvenirlərdən hazırlayın. Əvvəlcədən hər birinizə təşəkkür edirəm.

Ümid edirəm bəyənərsiniz.  

Bizə lazım olan ləvazimatlar: qayçı, silikon tapanca, kağız tikən alət, karton kağız, gül buketlərinin yığımında istifadə edilən xüsusi tüllər, bəzək üçün lentlər və tip zərli bəzəklər, qutu (qeyd edim ki, qutular satışda var, amma bu cür qutuların içində iki tərəfində pambıqla sarılmış çöplər olur).

 

Suvenirin hazırlanma qaydası


Suvenirin hazırlanma qaydası


Əvvəlcə tülü  kağız tikən alətlə kartona tikirik.

 

Suvenirin hazırlanma qaydası


Suvenirin hazırlanma qaydası

 

Sonra silikon tapanca ilə  qutunu və qapağını tüllərlə yapışdırırıq.

 

Suvenirin hazırlanma qaydası

 

Həmin qutnun altına silikon vurub kartona bərkidirik.

 

Suvenirin hazırlanma qaydası

 

Daha sonra bəzəkli lentlərlə qutunu və kartonda haşiyələri bəzəyirik.

 

Suvenirin hazırlanma qaydası


Suvenirin hazırlanma qaydası

 

 

Bu cür suvenir mucrülərin içinə kosmet vasitələrinizi qoya bilərsiniz.
 

Suvenirin hazırlanma qaydası


Suvenirin hazırlanma qaydası


O qədər asandır ki,  xanımlarımızda da alınar. İnşAllah.

11 dekabr 2012
GO BACK