Salam əziz xanımlar.Sevimli şüşə qabımıza gözəl və sevimli görünüş verməyə nə deyirsiz? İnanıram ki,belə incə işlərdən zövq almayan xanım tapılmaz.Eləcə də qeyd edim ki,səbirsiz xanımlar da bu işi həvəslə edə bilər çünki,işimiz asan və sadədir.Buyurun başlayaq.
Bizə lazımdı:
Sadə rəngsiz şüşə qab(matıvıy).
Ateston.
Kist və yaxud süngər.
Ağ və çəhrayı boya.
Xoşunuza gələn hər hansı bir şəkil.
Yapışqan PVA.
Şüşə qabımızı atestonla silirik.(yağlılığı getsin,yaxşı boyansın deyə) Boyamızı süngərlə astaca şüşə qabımıza sürtürük.
Bu formada.
Daha sonra isə çəhrayı boyamızla kölgə çəkirik.
İndi isə vaxt xoşladığımız şəklə gəldi. Şəklimizi ehtiyyatla kəsirik və PVA yapışqanı ilə şüşə qabımıza yerləşdirib salfetlə üzərindən basıb silərək yapışdırırıq.
Artıq qabımız hazırdır. Satışda olan bəzək boyaları ilə kənarlarına bəzək də vura bilərsiz.
Ümidvaram ki,xoşunuza gəldi.
Xanımlar əgər hansısa bəzəmək işi ilə yəni DEKUPAJLA maraqlanmaq istəsəz şərhlərinizdə qeyd etməyi unutmayın.
Sizə hər növ dekupaj işini təqdim etməyə hazıram.