Qadin.NET / Bəzəkli sabunun hazırlanması

Bəzəkli sabunun hazırlanması

 

Həm təmizləyici vasitə,həm gözəl görünüş,həm də gözəl qoxuya malik olan sabunları hamı sevir.Bəs onlara daha gözəl görünüş verməyə nə deyirsiz? Elə isə başlayaq.

Bizə lazım olacaq:

Uşaq sabunu - 1 ədəd

Krem sabun - 1 ədəd

Bəzək üçün rəngli qliserinli sabun 

Qoxu üçün aromatik yağ  (sevimli ətiriniz də ola bilər)

Zeytun yağı - qəliblərimizin (formalı qab) yağlanması üçün.


 

Hər 2 sabunu xırda dişli sürtkəcdən keçiririk.

 

 

Əridəcəyimiz qabda üzərinə qaynar su əlavə edir və qarışdırmadan yarım saat əriməsini gözləyirik. Bu zamana qədər isə bəzəkli sabunlarımızı kəsməyə başlayaq.

 

 

Artıq sabunlar əriyib ,su hamamına qoya bilərik.

 

 

 

Qaynayıb hazır olanda (durulub-qatılır) aromatik yağı (və ya sevimli ətirimizi) əlavə edir ,daha sonra isə istədiyiniz rəngi, zəri, hətta şəkli belə əlavə edə bilərsiniz. Qəliblər isə müxtəlif ola bilər, bu, tamamilə sizin zövqünüzdən asılıdır.Qəlib olaraq,şirniyyat formalarını,uşaq oyuncağı olan qum qablarını və hətta şokolad qutularında olan plasmas qablardan belə istifadə edə bilərsiz.Biz uşaq qablarından istifadə edəcəyik.

 


Rahat çıxması üçün qablar yağlanır və istədiyiniz kimi bəzənib formalara yığılır.


 

Artıq sabunlarımız hazırdır.


 

Nümunə kimi fərqli sabunlara da baxaq.Qeyd edim ki,bunlar hamısı ev şəraitində hazırlanıb.

 

Bəzəkli sabunun hazırlanması

 

 




26 dekabr 2012
GO BACK