Qadin.NET / Uşaq üçün jilet toxunuşu

Uşaq üçün jilet toxunuşu

Əziz xanımlar! Mən toxuma işlərində usta olmasam da  həvəs olaraq uşaqlar üçün kiçik geyimlər toxuyuram. Bir dəfə heç özüm də nə toxuduğumu bilmədən boş vaxtımda milçəni və sapı əlimə aldım. Çox gözəl bir şey alındığını gördüm və sonrasını öz ideyamla davam etdirdim. İndi həmin jiletin toxunuşunu addım-addım şəkillərlə sizə göstərəcəyəm.

Öncə bizə nə çox nazik, nə də çox qalın olan, istədiyiniz rəngdə sap, bir də milçə lazım olacaq.

Milçə ilə uşağın başının çevrəsinə uyğun gələ biləcək qədər zəncir yığın. Mən 3 yaşlı qızlarım üçün 90 zəncir yığdım. Zəncirin sayı sapın qalınlığından asılı olaraq dəyişir.

 

Uşaq üçün jilet toxunuşu


Sonra uclarını birləşdiririk.

 

Uşaq üçün jilet toxunuşu


Birləşdirdikdən sonra 3 zəncir çəkib başına bir dəfə sap dolayaraq 2 ilmədən bir batırıb toxuyuruq.

 

Uşaq üçün jilet toxunuşu

 

Uşaq üçün jilet toxunuşu

 

Beləcə 8 sıra toxuyuruq. Uşaqların bədən ölçüsünə görə sıra sayını artıra və azalda bilərsiz.

toxuduqdan sonra qollarını ayırmaq lazım gəlir. Bunun üçün toxuduğumuzu düz səririk.hər iki başından 12 və ya 14 ilmə ayırıb arasına 20 zəncirdən ibarət körpü atırıq. Mən qızlarımın birinin jileti üçün 12, digəri üçün isə 14 ilmə ayırdım.

 

Uşaq üçün jilet toxunuşu


Daha sonra körpülərin üstündən gedərək dairəvi toxuyuruq.


Uşaq üçün jilet toxunuşu

 

Uşaq üçün jilet toxunuşu


Beləcə toxumağa davam edirik. Bu da jiletin hazır görünüşü.

 

Uşaq üçün jilet toxunuşu
5 yanvar 2013
GO BACK