Qadin.NET / Məzəli portağal

Məzəli portağal

Əziz Qadın.netlilər,hazırladığım məzəli portağalı sizlərlə paylaşmaq istəyirəm. Bu üsulla siz çox asanlıqla uşağınıza portağal yedizdirə bilərsiniz.

 

 Sizə 1 portağal, 2 kişmiş,1 dilim turpun qabıqlı yeri və 1 diş təmizləyən çöp lazım olacaq.

 

Məzəli portağal

 

Əvvəl portağalın oturacaq hissəsini azca kəsib hamarlaşdırırıq.

 

Məzəli portağal

 

Sonra qələmlə dovşanın üz tərəfini çəkirik.

 

Məzəli portağal

 

Bıçağın ucuyla ehtiyatla dovşanın göz və ağız hissəsini kəsib çıxarırıq. Qalan hissələrdən qələmin cızıqlarını əlimizlə silirik.

 

Məzəli portağal


Məzəli portağal

 

Ağ hissələrə diş çöpünün bir hissəsiylə qara kişmişləri, burun yerinə isə turpu bərkidirik

 

Məzəli portağal


Gözlərinin üstündən bıçağın ucuyla çərtib oraya kəsib çıxardığımız qabıqları qulaq formasında yerləşdiririk.

 

Məzəli portağal


Məzəli portağal


Çıxardığımız qabıqları qulaq kimi istifadə edərkən bir az kəsib balacalaşdırırıq.

 

Məzəli portağal


Qız uşaqları üçün hazırlayanda  portağalın qabığından balaca bant da düzəldib qulaqların yanına bərkitmək olar.

 

Məzəli portağal

 

Və sonda budur, meyvə qabınıza xüsusi gözəllik verən portağalımız hazırdır.

 

Məzəli portağal
8 dekabr 2012
GO BACK