Boş plastik qutuları atmayın! Ən yaxşısı ondan interyer bəzəmək üçün istifadə edin.Belə qutulara ya saç broşkaları,ya vanna otağında istifadə etmək üçün,ya da mətbəxdə konfetləri qoymaq üçün istifadə edin.
Lazım olan materiallar:
1.Müxtəlif ölçülü ağ rəngli muncuqlar
2.Qızılı rəngli biserlər
3. İki lent kəsiyi
4.Superkley
5.İnşaat germetiyi (soyuducu və s. alarkən qutusundan
çıxan ağ rəngli material)
1.Əvvəlcə qutunun ətrafını ölçərək lentləri həmin ölçüdə kəsin.
Kəsikləri alışqanla yandırıb düzəldin.
2.Lenti qutunun kənarına sarıyın və kəskin bir alətlə xəttin üzərindən gedin.
3.Lentləri sarıyacağınız xətlərin arasındakı boşluğa germetiyi yapışqanla yapışdırın.
4.Ağ rəngli muncuqları və biserləri germetiyin üzərinə basıraraq düzün və yapışdırın.
5.Analoji olaraq qutunun qapağını sa eyni şəkildə dekorə edin.
6.Qutunu qurumaya qoyun,sonra isə hər iki tərəfdən lentləri də yapışdırın.