İstedadlı insanlar digərlərindən fərqlənirlər. Bəziləri şəkil rəssamlıq qabiliyyətinə, bəziləri musiqi duyumuna görə və s. fərqlənirlər. Onların yazdığı, yaratdığı əsərlərlə daim yadda qalırlar. Sevinc Məmmədli çox yaxın qohumum, həm də rəfiqəmdir. Sevinc Məmmədli 1989-cu ildə Şəki şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri Z.Hacıyev adına 17 saylı orta məktəbdə alıb və hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alır.
Bir gün ona aid olan bir qovluq gözümə sataşdı. Qovluğun adı "Öz çəkidiklərim" idi. Qovluğu açdım və çox bəyəndim. Bəlkə də mənim portretə olan marağımdandı, istədim sizinlə bölüşüm. Sizlərə adi gələcək, ancaq bunun hamısı incəsənət tələb edir.Belə bacarıqlı xanımlarımızla qürur duyaq
Sadə qələmlə çəkilmiş yelkənli qayıqlar.
Bu cür rəsmləri çox sevirəm. Evimin hər tərəfini bəzəyə biləcək rəsmdir.
Sadə qələmlə çəkilmiş flaminqolar.
Daha bir boya ilə işlənmiş rəsm.
Sadə qələmlə çəkilmiş rəsm. Bu rəsm bibisinin rəsmidir.
Atasının cavanlıq şəkli. Məncə qızı ilə fərx etməlidir.
Sadə qələmlə çəkdiyi rəsmlər.