Belə donun tikiilməsi üçün bizə eni 1,30 m uzunluğu 1,50 m olan trikotaj parça lazımdır.
Məndə hazır donun uzunluğu 95 sm -dır.
Bunun üçün bədənə oturdulmuş adi donun nümunəsini götürüb və onun ön hissəsinə belə bir formada xətt çəkirik.
Hissələri 0,5 sm tikişpayı qoymaq şərti ilə kəsirik. Kəsəndən sonra belə hissələr əldə edirik.
Qarsaqları tikirik və sağ tərəflə birləşdiririk. Amma qabaq hissənin ətəyini sol tərəfinə birləşdiririk.
Nəticədə biz belə yan hissələrin parçasını əldə etməliyik.
Kürək hissəsi məndə orta tikişlidir və parça trikotaj olduğundan mən tikiş payı qoymamışam.
İlk öncə biz qırmızı xətlə işarələnən yanlarını tikirik.
Bunu üçün biz hissələri tən ortadan qatlayıb sancaqlayırıq.
Sonra 3-3,5sm buraxıb maşınlayırıq.
Trikotaj parça dartılıb sökülməsin deyə mən maşınlayan zaman tikişin əvvəlində bərkidib sonra tikirəm.
İndi isə paltarın ətək və gövdə hissəsini birləşdiririk.
Göy xətlə işarə olunmuş xətti tikirik.
Birləşdiririk, eləcə də tikişi tikirik.
Tərsinə (astar tərəfinə).
Belə düyün alınır.
Kürəyin orta hissəsini tikirik.
İndi isə paltarın yan və çiyin hissələrini tikirik.
Mən paltarın ətək hissəsini maşınlamağı sevmədiyim üçün mən onu 2sm içəri qatlayıb gizli tikiş ilə tikirəm.
O zaman parçanın üst tərəfindən hec bir tikiş görsənmir.
Həmin üsul ilə 0,4-0,5sm boyun hissəni tikirik.
Don hazırdır!
Əminəm ki, mənim təcrübəm sizin üçün faydalı olacaq. Yaradıcılığınızda asan və uğurlu olacaq.