Qadin.NET / Alma formalı iynə balıncı

Alma formalı iynə balıncı

Alma formalı iynə balıncı

Bəzən paltar və ya başqa nəsə tikəndə iynəni harasa qoyuruq və sonra tapmaq çətin olur. Buna ən yaxşı çarə  iynə balıncıdır. Adi formalı balıncdansa, hər hansı bir fiqurda olan balınc daha zövqlü görünər.  

Gəlin alma formalı iynə balıncı hazırlamağı öyrənək.

 Sizə lazım olan ləvazimatlar:

Pambıq parça qalıqları

Birləşdirmək üçün yüngül dəmir

Tikməyə uyğun gələn sap 

Kiçik düymələr

Naxış qoymaq üçün sap

Hazır pambıq

Kiçik muncuqlar, məftil (yarpaq düzəltmək üçün)

Hazırlanması:

1. Düzəltmək üçün almanın iki ölçüsü var. Daha böyüyünün ölçüsü 7sm-dir, kiçiyi isə sm-dir. Armud  formada düzətmək istəyirsizsə, onun saplağının ucluğuna kimi  hündürlüyü 9.5 sm olmalıdır. İçini doldurmaq üçün hazır satılan pambıqlar yaxşıdır, çünki bu formasını daha yaxşı göstərir. İki müxtəlif  parçaları seçin, əgər siz almanın hər kənarının fərqli olmasını istəyirsinizsə, altı müxtəlif parça seçə bilərsiniz. 

Alma formalı iynə balıncı

2. Parçanı götürün və müxtəlif rəngli parçaları birləşdirmək üçün dəmirdən istifadə edin.  Cəmi altı rəngli parça bəs edər.

Alma formalı iynə balıncı

3.  İki fərqli rəngli parçanı götürün və düz tərəfi çölə tərəf olmaqla birləşdirin. Bir kənarından  4 mm ölçüdə məsafə buraxmaqla tikin. Bütün altı rəngli parçalar birləşənə qədər, parçaları növbə ilə dəyişdirməklə bunu təkrar edin. Meyvələri tamamlamaq üçün birinci və sonuncu parçaların qıraqlarını birlikdə calayıb tikin. Yuxarıdan aşağıya kimi tikin  və sondan 2sm ölçüdə məsafə saxlayın ki, içini doldurulmaq üçün deşik olsun.

Alma formalı iynə balıncı

4. Balıncın içini pambıqla doldurun, balınc bərk olana qədər doldurun.  Daha sonra saxladığınız yarıq olan hissəni də yaxşıca tikin.

Alma formalı iynə balıncı

5. Əgər sizin düzəltdiyiniz balınc alma formasında görünmürsə, kiçik nüans ilə böyük fərq yarada bilərsiniz. İynəni qəhvəyi rəngli naxışlı sapla saplayın və iynəni almanın mərkəzinə bərkidin. Sapa qəhvəyi düyməni yerləşdirin və iynəni almaya  arxadan qabağa itələyin. İynəni almanın yuxarısından yenidən çıxardın. Sapınızı tarım dartın, iynəni almaya batırın və sapı düymənin deşiklərinin birindən çıxana qədər hərəkət etdirin. Möhkəm dartın. Düymə möhkəm olana qədər iynəni almaya  ötürməyə davam edin. Bu, forma vermək üçün almanın başında və dibində çökəklik  formalaşdıracaq. Sapı bərkidin, ancaq saplağı və yarpağı bağlamaq üçün uzun ucluq saxlayın.  Saplağı və yarpağı bərkidin. Və budur, mükəmməl almalı balınc hazırdır.  

6 may 2013
GO BACK