TOXUNUŞ QAYDASI:
mil no:4
34 ilmə ilə başladım bir sıra çarpaz (yəni hörgünün hər iki tərəfini tərs) toxudum qara ipi bağladım və
qara iplə başa gəlip 1 ağ ilmə buraxdım və geri döndüm 1 sıra çarpaz oldu
unutmayın hər rəng 1 sıra çarpaz toxunacaq.
Sonra hər ipi dəyişdiyim zaman başdan iki-iki saxlayarq geri döndüm
bu bir dilimin yarısı oldu.Daha sonra digər rəng ipə keçib bu səfər yuxarı doğru toxuyacağıq və
qara sırada gördüyünüz kimi ağı keçib qara ipə gəldikdə geri dönürük.
yalnız iki qara ilmənin ikisini toxumuram birini toxuyub dönürəm çünki daha öncə
dönüldüyü üçün orada boşluq olur bu boşluğun daha çox olmaması üçün belə elədim.
Bu şəkildə toxumağa davam edirik və bir dilimi bitiririk.Beş dilim olduqda qatlayıb tikirik yanlarini.
Bu qədər.
Sizə uğurlar!