Qadin.NET / Mənim səmənilərim

Mənim səmənilərim



  Bütün Qadin.net xanımlarının bayramıni təbrik edirəm.Bu il cücərtdiyim səmənilərimi sizlərlə paylaşmaq istəyirəm.Bəlkə gələn il Novruzda sizlər də bu cür səməni cücərtmək istərsiniz..

Bu topdur, üzərinə vəzəri tumu cəkib cücərtmişəm.
 
Bu isə gəlincikdir.
Bu bir tısbağadır,mağazadan hazırını alıb su vermişəm, göyərib.
Bu isə dinozavrdır.
Bunlar isə bütün səmənilərimdir .Ümid edirəm ki, bəyənərsiniz. 


Vəzəri tumlarini suya salırıq .2-3 saat gözləyirikr.Sonra gəlinciyi götürüb bintlə hər tərəfini sarıyırıq 2-3 qat.
 Sonra tumları gəlinciyin üzərinə çəkirik, yapışqanlı olduğundan asanlıqla yapışır. 
 Hazırladıqlarımıza tez-tez su səpirik.Bint həmişə sulu olmalıdır, yəni 2 saatdan bir su vermək lazımdır.

Səməni 1 həftəyə göyərir.
Xanımlar bəyəndinizsə,şərhlərinizi gözləyirəm love
 
22 mart 2012
GO BACK