Qadin.NET / Muncuqlardan qolbağın hazırlanması

Muncuqlardan qolbağın hazırlanması

Əziz Qadin.Net xanımları, mən belə qolbaqlardan istifadə etməyi çox sevirəm. Buna görə də hazırlanma qaydasını sizlərlə paylaşmaq istədim. 

 
Bizə lazım olacaq:


Muncuqlardan qolbağın hazırlanması


2 müxtəlif rəngli kristal görünüşlü muncuqlar (biri böyük, biri bir az balaca olmalıdır)
Böyük və kiçik ölcülü muncuqlar
Bir qulpcuq 
Muncuqları bir-birinə keçirmək üçün jilka

Hazırlanma qaydası:
1.Əvvəlcə jilkaya 12 kiçik muncuq keçirin. 1 ədəd qəhvə rəngli kristalla tam ortada çarpazlaşdırın.Jilkanın ucunu eyni uzunluqda tutun ki, eyni qaydayla axıra qədər gedə biləsiz.
2.Jilkanın sağ və sol tərəfinə qəhvə rəngli muncuq keçirin.
3.Sonra qəhvə rəngli muncuqla çarpazlaşdırın.
4.Jilkanın hər iki tərəfinə 1 kiçik, bir böyük, 1 kiçik muncuq olmaqla 3 eyni muncuq kecirin.
 

Muncuqlardan qolbağın hazırlanması


5.Yenə 1 qəhvə rəngli kristalla çarpazlaşdırın.
6.Biləyinizin qalınlığına görə modeli uzadın.Bu alt hissəsi oldu.İndi üzərini işlyəcəyik.
7.Jilkanın bir tərəfinə qulpcuğu keçirin və düyün atın.Jilkanın iki ucunu çarpazlayaraq alt muncuqdan keçirin.
8.Hər iki jilkaya eyni rəngli, yəni çəhrayı rəngli kristalı keçirin.


 
9.1 ədəd balaca muncuqla çarpazlaşdırın.
10.Təkrar balaca kristal keçirin.
11.Bu dəfə altdakı qəhvə rəngli kristaldan jilkanı çarpaz şəkildə keçirin.
12.Jilkanı dartaraq sıxın.

 
Muncuqlardan qolbağın hazırlanması


13.Jilkanın iki ucunu alt hissədəki mavi+ağ+mavi muncuqların içindən keçirin və birinci qəhvə rəngli kristalın içindən çarpaz şəkildə keçirin. Sona qədər bu şəkildə davam edin.
14. Ən sonda jilkanın ucunu axırıncı kristaldan bir neçə dəfə keçirərək sıx düyünləyin. Uclarını azca yandıra bilərsiz.

 

 

Muncuqlardan qolbağın hazırlanması

13 fevral 2012
GO BACK