1. Qutu oyunları
Evdə maraqlı vaxt keçirməyin ən gözəl yollarından biri qutu oyunlarıdır. Sevdiklərinizə qutu oyunları hədiyyə edərək, karantin dövründə əhvallarını nisbətən yaxşılaşdıra bilərsiniz.
2. Puzzle
Meditasiya təsiri yaradan puzzle, karantin dövründə stresdə olanlar üçün ideal hədiyyədir. Zehni boşaltmağa və diqqəti cəmləməyə kömək edir.
3. Boyama kitabı və rəngli qələmlər
Boyamanın psixologiya təsir var. Streslə mübarizə aparmaq, sakitləşmək üçün ideal vasitədir.
4. Gündəlik və dəftərlər
Bütün dünya çətin dövrdən keçir. Bu dövrdə qarmaşıq duyğular içindəyik və boşluğa düşmək olduqca normaldır. Bu duyğudan xilas olmağın ən təsirli yolu yazmaqdır. Yazmağa marağı olan varsa, ona gündəlik və dəftərlər hədiyyə edə bilərsiniz.
5. Xüsusi fincan və servislər
Rahatllıq tapmağın ən təsirli üsulu bitki çayı dəmləməkdir. Bir-birindən gözəl fincan və ya fincan servisini hədiyyə edə bilərsiniz.
6. Kitab
İlk ağla gələn hədiyyə təbii ki, kitabdır. Kitab belə günlər üçün iki qat ideal hədiyyədir.
7. Pijama dəsti
Təkcə pijama hədiyyə etmək istəmirsinizsə, pijama, kitab və bitki çayından hədiyyə bağlaması hazırlaya bilərsiniz.