1. Yoqa
Faydaları saymaqla bitməyən fəaliyyət növüdür. Hərəkətsiz keçən günlər üçün idman etmək şansıdır. Kiçik yerdə asanlıqlayoqa ilə məşğul ola bilərsiniz. Həm zehnizi, həm də bədənizi rahatlada bilərsiniz.
2. Qolbaq hörmək
Dostlarınıza və yaxınlarınıza sürpriz hazırlaya bilərsiniz. Müxtəlif iplərdən hazırlaya biləcəyiniz iplik qolbaqla, karantin bitəndən sonra dostlarınıza sürpriz edə bilərsiniz.
3. Yeni dil öyrənmək
Evdə keçirdiyiniz bu vaxtı fürsətə çevirmək istəyirsiniz? Onda yeni dil öyrənin. Bəhanələri qırağa qoyub bir dil öyrənin. Gün ərzində bir neçə saat buna sərf edə bilərsiniz. Fərqli dillər öyrənə biləcəyiniz minlərlə proqram var.
4. Toxumaq
Klassik olsa da, faydalı hobbilərdəndir. Əgər stresli günlər keçirirsinizsə, zehninizi məşğul etmək üçün maraqlı fəaliyyətdir.