Gözəl və zövqlə bəzədilmiş otaqlar ev sakinlərinə komfortla yanaşı, həm də yüksək əhval-ruhiyyə bəxş edir. Müasir dizayn müxtəlifliyi hər bir xanıma arzu və ideyalarını həyata keçirtməkdə yardımçı olur.
Bu dəfə sizlərə evinizin dizaynında istifadə edə biləcəyiniz fərqli üslublardan bəhs edəcəm.
Müasir çiçək atributları- 21-ci əsrin ən dəbli üslublarından sayılır.
Əgər otağınızı bu şəkildə dizayn etmisinizsə digər ev aksesuarlarını da düzgün seçməklə bu gözəl ahəngi mətbəx və vanna otağınızda da davam etdirə bilərsiniz.
Neon-pop üslubu- Bu üslubun əsas özəlliyi müxtəlif parlaq rənglərdən istifadə etməkdir.
Əşya seçimində də rənglərin dominantlığı tam hiss olunur.
A-Z üslubu- Adından göründüyü kimi bu üslubda əsas diqqət üzərində müxtəlif sözlər ifadə olunmuş əşyalar yönəldilir.
Ev avadanlığı seçimində sadəlik əsas götürülür.
Təbiət atributları- Dizaynerlər təbiət vurğunlarını da unutmayıblar.
Evdə təbiət mənzərəsi yaratmaq istəyənlər əşya seçimində təbiətin faunasını xatırladan avadanlıqlardan istifadə edə bilərlər.