Sarı və narıncı rənglərə üstünlük verin
Yayın tərzini əks etdirən dizaynlar, sarı və narıncı rənglərin istifadəsinə üstünlük verməlisiniz. Evinizdə günəşin parlaq rənglərini istifadə edin. Rəngli kreslo üzlükləri, aksesuarlar, divar rəsmləri, pərdələr yay mövsüminin enerjili havasını əks etdirir.
Yun xalçalar yerinə nazik palazlara üstünlük verin
Qış aylarında evə istilik verən yun xalçalara vəda edin. Tünd rəngli və böyük xalçaları yığışdırın, yerinə xəfif palazları salın.
Rəngli yastıqlar
Qış mövsümünin stresli, soyuq və yorucu zamanları geridə qoyub, otaqlarınızı rəngli aksesuarlarla rəngləndirin. Evinizdə qoxulu şamlar, tablolar, dəiz qabıqları evin havasını dəyişəcək.
Çiçərklərə yer verin
Yayın gəlişini evdə hiss etmək üçün çiçəklərə yer verin. Xüsusilə, pəncərənin qabağına və qonaq otağına rəngli çiçəklər yerləşdirin.