Qadin.NET / Evinizdə bahar enerjisini artırmağın yolları

Evinizdə bahar enerjisini artırmağın yolları

 

 

Bahar təmizliyi ilə dağınıqlıqdan xilas olun

Evinizi bahara hazırlamaq üçün ilk əvvəl təmizliklə işə başlamalısınız. Bununla evinizi dağınıqlıqdan təmizləyə bilərsiniz. Evinizdə istifadə etmədiyiniz əşyalarla vədalaşın. Zehni təmizləmək üçün ortalıqda olan artıq əşyaları atmalısınız.

Evinizdə bahar enerjisini artırmağın yolları

Çiçəklərə və bitkilərə yer açın

Baharın gəlişi ilə birlikdə çiçəklərin mövsümünü qarşılayırıq. Yaşıl bitkilər və çiçəklər evinizin dekorasiyaında göz oxşayacaq. Qoxulu bitkiləri mətbəxin və qonaq otağının uyğun yerinə yerləşdirə bilərsiniz. Beləliklə, evinizə xoş qoxu yayılacaq. 

Evinizdə bahar enerjisini artırmağın yolları

 

Əşyaların yerini dəyişdirin, yeniləyin

Evinizdəki əşyaların yerini dəyişərək də, evin görüntüsünü yeniləyə bilərsiniz. Evinizə aldığınız kiçik yeni əşyalarla da eviniz yeni enerji ilə dolacaq.  

Evinizdə bahar enerjisini artırmağın yolları

 

Qalın xalçalara əlvida

Dekorasiyanın tamamlayıcısı olan xalçalar, evin aurasına təsir edir. Ona görə də, evinizi bahara hazırlayarkən, qalın xalçaları yığışdırıb, yerinə nazik olanları sərin. Yaz ayları üçün çəhrayı, sarı və qırmızı tonlarda  xalçalardan istifadə edin.

Evinizdə bahar enerjisini artırmağın yolları

 

 

20 mart 2019
GO BACK