Hər bağçanın ehtiyacları fərqlidir. İqlimə, torpağa görə fərqliliklər ortaya çıxır.
Bağçanızda etmək istədikləriniz işləri (yeni güllər əkmək, bəzək hovuzu və.b.) müəyyənləşdirin.
Bağçanızda yağış və küləkdən təsirlənmiş bitkiləri; qurumuş, qırılmış hissələrini budayın və təmizləyin.
Bitkilər üçün torpaq çox vacibdir. Bağça torpağınızın nəfəs alması və rahatlaması havalandırın. Havalandırmanı təmin etmək üçün bel, dırmıq istifadə edə bilərsiniz.
Bağça toprağının keyfiyyətini artırmaq üçün toz gübrədən istifadə edin. Adətən təbii gübrədən istifadə etmək daha faydalıdır. Hər bitkinin fərqli gübrəyə ehtiyacı ola bilər. Eyni gübrədən istifadə etməyin.
Bağçanızdakı meyvə ağaclara qulluq etməyi unutmayın. Qışlıq tərəvəzləri yığın, qurumuş ağacları və bitkiləri çıxarın, meyvə ağaclarının zədələnmiş hissələrini təmizləyin.
Bağçanın bitki örtüyünü nəzərdən keçirin. Göbələk, yosunlaşma kimi zərərli bitkiləri müəyyənləşidirib, təmizləyin. Xüsusi, bağça dərmanlarından istifadə edə bilərsiniz.
Bu ayda saxsı bitkilərinə qulluq başlanmalıdır. Torpaqları yenilənməli, saxsıları böyüdülməlidir.