Xatirəsi olan əşyalardan istifadə edin
Sizin üçün dəyərli olan və hekayəsi olan əşyaları ev dekorasiyasında istifadə edə bilərsiniz. Köhnə daktilo və ya saatla tərzinizi yarada bilərsiniz.
Hobbilərinizi nümayiş etdirin
Hobbilər xarakterinizi ən yaxşı formada əks etdirən və azad iradənizin seçdiyi nümunələrdir. Əgər musiqi aləti çalırsınızsa, onu evinizin bir küncündə nümayiş etdirin. Məşhur rəssam tabloların yerinə, öz çəkdiyiniz şəkilləri divarlara vura bilərsiniz.
Əl işlərindən istifadə edin
Eviniz üçün kiçik dekorasiya nümunələri yaratmaq, öz tərzinizi yaratmağın ən təsirli yoludur.
Özünəməxsus sahələr yaradın
Sizə aid, xüsusi sahələr yaradın. Sizin üçün dəyərli olan əşyalardan istifadə edə bilərsiniz. Uzun illər saxladığınız rəsmləri evinizin bir küncünə asa bilərsiniz.