Qadin.NET / Evinizi payıza hazırlamaq üçün 5 yol

Evinizi payıza hazırlamaq üçün 5 yol

 

Sabah payız fəslinin ilk günüdür. Artıq havalar dəyişməyə başlayacaq. Hava ilə yanaşı, ev dekorasiyasında da dəyişiklik etmək lazımdır.

 

1. Yay dekorasiyasında mavi və bəyaz kimi açıq rənglər istifadə olunurdusa, payız aylarında qırımızı, narıncı və qəhvəyinin müxtəlif tonları hakimdir.

Evinizi payıza hazırlamaq üçün 5 yol

 

2. Süfrə və mətbəx payızda əsas yer tutur. Bu da o deməkdir ki, masaları da bəzəksiz qoymaq olmaz. Odur ki, masanın üzərinə quru meyvələr, yarpaq və çiçəklər, o cümlədən səbətdə və ya qabda mövsüm meyvələri qoyun. Arzu edənlər qurudulmuş yarpaq və budaqların yanında şam qozalarından da istifadə edə bilər.

Evinizi payıza hazırlamaq üçün 5 yol

 

3. Süfrələri, pərdələri, yastıqları kirəmit rəngində, qəhvəyi tonlarında seçin. Qəhvəyi tonları solğun yaşıl rəngli vaza və mebellərlə tamamlayın.

Evinizi payıza hazırlamaq üçün 5 yol

 

4. Fəslin romantik mühitini evinizdə hiss etmək üçün saralmış yarpaqlardan kiçik dekorativ əşyalar hazırlaya bilər və ya daha asan üsula əl atıb güldana gül əvəzinə yarpaq qoya bilərsiniz.

Evinizi payıza hazırlamaq üçün 5 yol

 

5. Ədyal, istilik aparatlarını çıxarın. Çünki havaların get-gedə soyuması ilə onlara ehtiyacınız olacaq.

Evinizi payıza hazırlamaq üçün 5 yol

 

axşam.az

4 sentyabr 2018
GO BACK