Qadin.NET / Otaqların rənginin sağlamlığa təsiri

Otaqların rənginin sağlamlığa təsiri

Otaqların rənginin sağlamlığa təsiri


Yataq otağı. Yataq otağının divarlarını heç bir vaxt çəhrayi, narıncı və ya qırmızımtıl rəngə boyamayın. Orada qırmızı xalça, həmin rəngdə döşəkağı sərmək, qırmızı  qəhvəyi mebel qoymaqdan çəkinin. Bu rənglər insanı həyacanlandırır və normal yuxunu poza bilər. Yataq otağı gərək soyuq (ağ, yaşımtıl, göyümtül) çalarlarda olmalıdır.

Otaqların rənginin sağlamlığa təsiri



Qonaq otağı (zal). Burada əşyaları yerləşdirərkən, gün ərzində ən çox vaxtınızı keçirdiyiniz yerdə stimullaşdırıcı və sakitləşdirici tonların sintezini yaratmağa çalışın. Məsələn, divarlar stimullaşdırıcı açıq çəhrayı rəngə boyana bilər, lakin bu divarlardan birində təbiət mənzərəsini təsvir edən (meşə, çəmən, çay, dəniz) sakitləşdirici göy və yaşıl tonlarda şəkil asmaq olar. Əksinə divarlar ağ və ya göyümtül olduqda, divardan asılmış şəkillər, mebel və əşyalar parlaq həyacanlandırıcı rənglərdə olmalıdır. Bəzən zal otaqda hər-hansı bir şəkil və ya çox da böyük olmayan bir əşya qoymaq kifayətdir ki, onun rəngi mütəmadi olaraq sizin enerji toplamağınıza səbəb olsun.

Otaqların rənginin sağlamlığa təsiri



Iş otağı, kabinet, emalatxana. Otaqda olan hərbir əşya gərək sizin həyat enerjinizin aktivləşməsinə yönəldilmiş olsun. Buna görə otağın tərtibatı zamanı stimullaşdırıcı, parlaq (qırmızı və narıncı çalarlar) rənglərdən istifadə edin. Qəhvəyi rəng sizi işgüzarlığa sövq edər, bəzi yerlərə çilənmiş yaşıl rəng isə iş zamanı yaxşı əhval-ruhiyyənin təminatçısıdır.

13 fevral 2009
GO BACK