Evinizdə rahatlıqla oturub kitab oxuyacağınız xüsusi yeriniz varmı? Yaxud da bazar səhərləri çayınızı içərək qəzetinizi oxuyacağınız bölgəniz varmı?
Oxumaq sizin həyatınızın bir hisəsinə çevrilibsə, evinizdə oxuma küncü yaratmalısınız. Kitab rəfi, rahat oturacaq və lampa sizə kifayət edəcəkdir.
Kitab oxumaq üçün yaratdığınız bu yeri hazırlayarkən bəzi dekorasiya incəliklərinə diqqət etməlisiniz. Xüsusilə, ən rahat olduğunuz yeri seçməlisiniz. Bu salondakı pəncərənin qabağı və ya yataq otağının səssiz bir küncü ola bilər.