Evlərdə qonaq otağından vanna otağına, yataq otağından mətbəxə kimi bütün otaqlarda hər zaman daha çox yerə ehtiyac olur. Ehtiyac duyduğumuz yerlə bizi təmin edəcək bir çox dekorasiya fikirləri mövcuddur. Onlardan bir neçəsini sizə təqdim edirik:
- Pilləkən altını bir neçə rəf, kiçik masa və oturcaq ilə çalışma otağı edə bilərsiniz. Bunun sayəsində həm yerdən səmərəli istifadə etmiş olarsınız, həm də çalışma otağına sahib olarsınız.
- Yataq otağınızı bir divarını şkafla örtərək əşyalarınızı yerləşdirə bilərsiniz.
-Yatağınızın üzərinə rəf yerləşdirərək, kitablarınızı yerləşdirə bilərsiniz.
- Mətbəxiniz kiçikdirsə şkafa yerləşdirilən masadan istifadə edə bilərsiniz.
- Pilləkən altını dəyərləndirmək üçün rəflər və şkaflardan istifadə edə bilərsiniz. Bu sayədə evdəki boş yerlərə qənaət etmiş olarsınız.
- Şkaf qapılarına da rəflər yerləşdirərək əşyalarınıza yeni yer açmış olarsınız.