Qadin.NET / Məhəbbət və sevgi gülü - Qızılgül

Məhəbbət və sevgi gülü - Qızılgül

Qızılgül...Bütün güllərin şahı sayılan, evlərimizi, bağlarımızı bəzəyən bu gül  XIX əsrdən sevgi, məhəbbət rəmzi sayılır. Mətbəximizdə, kosmetikada geniş istifadə edilir. Fransız ətir ustaları Qrass şəhərində və Bolqarıstanın Güllər vadisində yetişdirilən qızılgüllərə daha çox üstünlük verirlər.

 

Şəkərə salınmış ləçəklərindən, güllərindən, tumurcuqlarından tortlarda, desertlərdə geniş istifadə edilir. Qızılgülün ləçəklərindən mürəbbə, kompot və s. hazırlanır.

Deyilənlərə görə, qızılgül yer planetində 25 milyon ildir mövcuddur,  ətri dini ətir sayılıb, məbədlərin bəzədilməsində istifadə edilirdi. Vətəni İran sayılır, hətta qədimdə şairlər İranı, Gülüstan – Qızılgül ölkəsi adlandırırdılar.

Qızılgül haqda çoxlu əfsanələr, rəvayətlər də mövcuddur. Peyğəmbərimizin(s.ə.s) Merac gecəsi səmaya qalxan zaman tərindən yarandığı rəvayət olunur. Hətta bəzi mənbələrdə qızılgülə peyğəmbər gülü də deyirlər.

 

 




 

Bu da mənim çəkdiyim qızılgül

P.S. Əziz xanımlar, qızılgül mənim ən çox sevidiyim güllərdəndir. Bəs sizin ən çox sevdiyiniz güllər hansıdır?

29 iyul 2011
GO BACK