Evinizdə özünüzə aid guşələr yaradın. Bu sizə çox yaxşı təsir edəcək.
Oxuma küncü
Vaxt yoxluğu kitab oxumamaq üçün bəhanədirsə əgər, salonunuzda və ya yataq otağınızda yaradacağınız hüzurlu bir oxuma küncü bu bəhanələrdən xilas olmağınız üçün bizi motivasiya edə bilər. Evinizin bir küncünü oxuma küncünə çevirə bilərsiniz. Sıx çalışma saatları, tıxac və stress ilə mücadilə edərkən evə gəlib kitab oxuma vərdişinizdən də yavaş-yavaş uzaqlaşırsınız. Bunun üçün ehtiyacınız olan rahat, hətta mümkünsə ayaqlarınızı qoymaq üçün stul olan bir oxuma yeri kifayətdir.
Hobbi küncü
Evinizdə yer açacağınız kiçik hobbi küncü də hobbilərinizlə maraqlanmaq üçün daha çox vaxt ayırmağınıza kömək edəcəkdir. Bu küncü maraq dairənizə görə əlverişli hala gətirə biləriniz.
Çalışma küncü
Gün daxilində sıx bir tempo ilə işlədiyinizdən sonra evə gəlib ikinci bir iş ilə məşğul olmaq yorucu ola bilər. Ancaq bu çalışma küncü ilə boş vaxtlarınızı dəyərləndirə bilərsiniz.
Meditasiya küncü
Ehtiyacınız olanlar; özünüzü rahat hiss edəcəyiniz bir neçə döşək, hətta bəlkə yelləncək ilə ətrafa yerləşdirəcəyiniz bir neçə şam. Evinizdə heç istifadə etmədiyiniz yeri sizə pozitiv enerji verə biləcək meditasiya bölgəsi edə bilərsiniz.