Qadin.NET / Evdə yemək masasının yeri

Evdə yemək masasının yeri

 

Evdə yemək masasının yeri

 

Həm yaşam tərzinizə, həmdə evinizə uyğun yemək masalarını yerləşdirərkən bəzi incəliklərə diqqət yetirmək lazımdır.Masa alınarkən ümumiyyətlə ailə üzvlərinin sayına,evin dizaynına uyğun seçilməlidir.  

Yumru və kvadrat masalar ailə üzvlərinin sayı az olanlar üçün idealdır.Oval və düzbucaqlı masalar isə geniş məkanlar üçün uyğundur. Əgər tez-tez qonaq qəbul edirsinizsə, onda açılıb bağlanan formalı masalar çox praktik olacaqdır.Beləcə masanız normal zamanlarda həm çox yer tutmaz,həm də çoxlu qonaq qəbul edərkən işiniz asanlaşar.
Masanın yerləşdirilməsi
Masanı seçib almadan öncə yerləşdirməyi planlaşdırdığınız yerin ölçülərini ölçün.Stulları masadan minimum 80sm geriyə önə çəkilə biləcək qədər bir məsafədə yerləşdirin ki, stulları oturub durarkən asanlıqla geriyə önə çəkmək rahat olsun. Əgər seçdiyiniz masa açılıb bağlanan tipdə olan masalardandırsa,o zaman yanlarda stullar və masanın açıla bilən hissesinin tutacağı yer,sahə nəzərə alınaraq qoyulmalıdır.

1 iyul 2011
GO BACK