Qeyri-adi dizayn edilmiş çarpayıları sizə təqdim edirik:
Yuxu insan sağlamlığı üçün çox önəmlidir. İnsan sutkada 6-8 saat yatır, deməli ömrünün 1/3 hissəsini çarpayıda keçirir. Heç şübhəsiz ki, çarpayı otağın interyeri, eləcə də rahatlıq baxımından çox önəmlidir.
Çarpayılar da formalarına görə müxtəlif olurlar. Düzbucaqlı, dördbucaqlı, yumru hətta ürəkşəklində olanlar.
Çarpayı seçərkən mütləq onun hansı materialdan hazırlandığına fikir vermək lazımdır.
Təmiz ağacdan hazırlanan çarpayılar uzun ömürlü olur, amma qiyməti də digərlərinə nisbətən baha olur.