Qadin.NET / Yataq otağına hansı bitkiləri qoymalı?

Yataq otağına hansı bitkiləri qoymalı?

Bəzi vaxtlar stres və təlaşdan, bəzən də otağın havasına görə yaxşı yata bilmirsiniz? Yuxu probleminizi həll edən və yaxşı yatmağınızı təmin edəcək çiçəkləri sizə təqdim edirik.

Yataq otağına hansı bitkiləri qoymalı?

Lavanda

Lavandanın təlaş və stresi azaltdığı ən çox bilinən xüsusiyyətidir. Lavandanın iyi ürək döyüntülərini yavaşladır və stresi azaldır. Təcrübələrə görə, ətri yüngül yuxu gətirir. Bu da qısa dincəlməlik yuxular üçün idealdır. Digər tərəfdən də, lavanda ətri körpələrin ağlamalarını azaltdığından gecə daha rahat yatmalarına köməklik edir.

Yataq otağına hansı bitkiləri qoymalı?

Rozmarin

Rozmarin, sakitləşdirici təsirə malikdir. Yaxşı yatmağınızı təmin edər. Həm də yaddaşı gücləndirir.

Yataq otağına hansı bitkiləri qoymalı?

Yasəmən

Həkimlər tərəfindən yasəmən çiçəyinin ətri yuxu keyfiyyətini artırdığı təsdiqlənmişdir. Təlaş və depresiyanı azaltmağa köməklik göstərir.

Həm bədən, həm də zehn üçün yararlıdır.

Yataq otağına hansı bitkiləri qoymalı?

Paşa qılıncı

Paşa qılıncı çiçəyinin baxımı olduqca asandır. Gecə boyunca otaqdakı havanı təzə oksigenlə təmin edər. Bu bitki alergiya, asma və digər nəfəs alma problemləri üçün idealdır.

Yataq otağına hansı bitkiləri qoymalı?

Divar sarmaşığı

Bu sarmaşıqlar havanı təmizlər. 12 saat içində kif və rütubəti 94 faiz azaldır. Qaranlıq və rütubətli otaqda da yatmaq məcburiyyətində olanlar üçün, mükəmməl bir bitkidir. Həm də otağınız üçün gözəl dekorasiya ola bilər.

3 sentyabr 2018
GO BACK