Psixoloq Sally Augustin otaqarın divar rəngləri insanların ruh halına necə təsir etdiyini aydınlaşdırdı və evimizdə hansı rəngərdən istifadə etməyimiz haqqında fikir bildirdi:
Yataq otağı
Mavi, universal olaraq dinclik və dincəlmə bildirən rəngdir.
Açıq səma və su qaynaqlarını xatırladan mavi, insanları rahatladır və dincəlmələrini asanlaşdırar.
Təcrübəyə görə mavı rəngli otaqlarda insanlar daha rahat yata bilirlər.
Yataq otağınızdakı mavi çox canlı bir tonda və göy kimi tünd tonda olmamalıdır.
Bənövşəyi rəngdən uzaq durun
Yataq otağınızda bənövşəyi rəngdən istifadə etdiyinizdə yuxunuzun keyfiyyəti bozua bilər.
İş otağı
Yaşıl yaradıcı fikirləşməyə köməklik edir və çalışa bilməyiniz üçün sizi zehni olaraq sürətləndirir. Təbiətin əsas rəngi olduğu üçün zehninizi boşalmanıza kömək edir.
Çox canlı bir yaşıl seçməməyə diqqət edin, çünki zehniniz çox işləyər və yorularsınız.
Evinizdə çalışma otağı yox və ya kiçik bir stolda işləyirsinizsə, stolun ətrafını əşyalar və bitkilərlə rəngləndirə bilərsiniz.
Qırmızıdan uzaq durun
Augusstinə görə, qısa vaxt da olsa qırmızı rəngə məruz qalan insanların işləmək performansına mənfi təsir göstərir.
Mətbəx
Mətbəxdəki rəng seçiminiz tamamilə nə istədiyinizdən asılıdır.
Qırmızı və narıncı kimi isti rənglər iştahanı artırar. Kilo vermək istəyirsinizsə mavi kimi iştah küsdürən rənglər sizə daha uyğun olacaqdır.
Hər vəziyyətdə mətbəxinizdə canlı rənglərdən istifadə edə bilərsiniz. Səhər saatlarında xüsusilə enerji dolu rənglər görmək sizi daha yaxşı hiss etdirəcəkdir.
Sarımtıl yaşıldan uzaq durun
Qəribə bir şəkildə sarı rəng dünyada ən az sevilən rəng olmasına baxmayaraq çox vaxt mətbəxdə istifadə olunur.
Sarıya çalan yaşıl istifadə edildikdə xəstəliyi çağıra bilər və bu da yeməklərin ön planda olduğu bir otaqda istəməyiniz qəribədir.