Qadin.NET / İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

1. The Lion King – William Shakespearenin Hamlet əsərindən təsirlənərək hazırlanan “Walt Disney Pictures” istehsalı bu animasiya 1994-cü ildə izləyiciyə təqdim edilmişdir. Film İMDB tərəfindən 8.5 balqazanmışdır.

Simba kral Mufasanın oğlu olmaqla yanaşı həm də krallığın yeni varisidir. Mufasa qardaşı Scarın qurduğu tələyə düşərək ölər. Lakin Scar bu ölümdən Simbanın müqəssir olduğunu deyər. Vicdan əzabı çəkən Simba hakimiyyətə keçmək əvəzinə özünü cəzalandırar və yaşadığı yerdən ayrılaraq uzaq yollara düşür. Yol boyu tanış olduğu Timon və Pumbaa sayəsində “hakuna matata” fəlsəfəsini öyrənər və bu fəlsəfə əsasında problemsiz bir yaşam tərzinə yönələr. Özünə yeni bir həyat qurmaqda olan Simba keçmiş dostu olan Nala ilə qarşılaşır və məsuiyyətlərini xatırlayır.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

2. Wall-E– 2008-ci ildə 3D animasiyası olaraq hazırlanan film “Pixar Aimation Studios” imzası daşıyır. İlk dəfə ABD-də izləyicisinə təqdim edilən film İMDB-də 8.5 bal qazanmışdır.

Hekayə xarabalığa çevrilən və bütün canlılar tərəfindən tərk edilən bir dünyada başlayır. Wall-E dünyanı təmizləmək üçün hazırlanmış robotdur. Illərlə dünyada tək başına gəzən bu robot dünyaya göndərilən Eve adlı başqa bir robota aşiq olur. 1969-cu ilə məxsus “Hello Dolly” filmini izləyərkən oradakı hisslərin eynisini yaşayan Wall-E ilə Eve arasında yeni bir macəra başlayır.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

3. Toy Story– 1995-tarixli bu animasiya filmi İMDB-da 8.4 bal ilə qiymətləndirilmişdir.

Buzz Lightyear adlı yeni oyuncağa sahib olan Andyin Woodya olan marağı azalır. Bir gün Buzz pəncərədən aşağı uçarkən hərkəs onun öldüyünü düşünür. Woody isə onu xilas etmək üçün arxasında qaçaraq onu geri gətirməyə çalışır. Ikilini xarici dünyada böyük təhlükələrlə dolu macəralar gözləməkdədir.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

4. Up– 2009-cu il Pixar Animation Studios tərəfində hazırlanmış komediya macera janrında animasiya filmidir. Up İMDB-tərəfindən 8.3 bal qazanmışdır.

Gənc Carl Fredricksen utanğac və səssiz bir uşaqdır. Məşhur səyyah Charles F.Muntzanın heyranı olan Carl onun saxtakarlıq iddialarını eşidərkən çox üzülər. Carl bir gün özü kimi Muntz heyranı olan Ellie adında qəribə bir qızla tanış olur. Ikilinin tanışlığı yeni və gülməli macəraların başlanğıcı olur.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

5. How to train your Dragon– 2003-cü ildə eyniadlı kitab əsasında çəkilən 2010 animasiya filmi İMDB-da 8.2 bal qazanmışdır.

Berk adasında yaşayan vikinglər həyatlarını balıqçılıq ovçuluq kimi işlərdə çalışaraq qazanırlar. Onların tək problemləri isə gecələri adalarına hücum edən və onların qidalarını qoyunlarını oğurlayan insanları öldürən əjdəhalardır. Bütün qorxularına baxmayaraq vikinglər adalarını tək etmirlər əksinə, burada qalaraq əjdərhalarla savaşırlar.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

6. Monster İNC – 2001-ci il tarixli 3D internet kompyuter oyunu.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

7. Beauty and beast– Walt Disney Feature Animation tərəfindən hazırlanan 1991 tarixli Amerikan animasiyası. İMDB-tərəfindən 8.1 bal ilə qiymətləndirilmişdir.

Animasiyanın mövzusu Fransız roman yazarı Jeanne-Marie Le Prince de Beaumontun gənc və gözəl bir qız ilə canavara çevrilmiş şahzadə haqqındakı nağılından götürülüb.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

8. Ratatouille– 2007-il istehsalı olan animasiya “ən yaxşı animasiya” sahəsində Oskar qazanmışdır. Adı Fransız yeməyi olan Ratatouilledən götürülən bu animasiya İMDB-da 8.0 bal qazanmışdır.

Remi siçanın köməyi ilə möhtəşəm yeməklər hazırlayır və bu yeməklər sayəsində məşhur bir aşpaz olur. Restoran sahibinin oğlu olduğunu öyrənən Remi restoranın yeni sahibinə çevrilir. Restoran haqqında eşidən Gurme Ego buranın yeməklərini dadmaq üçün resorana gəlir və yeməkləri kimin hazırladığını soruşur. Restoran şefinin bir siçan olduğunu öyrəndikdən sonra onlar restoranı bağlayırlar. Lakin bu hələ son deyil başlanğıc olacaqdır. Çünki Linguini yeni bir restoran açır və siçanı da orada baş aşpaz təyin edir.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

9. The incredibles – 2004 tarixli aksiyon komediya və super qəhrəman animasiya filmidir. Film İMDB-da 8.0 bal qazanmışdır.

Bab Parr “incredible” adı ilə məşhurlaşan keçmiş bir super qəhrəmandır. Bir vaxtlar hər kəsi təhlükələrdən qoruyan bu qəhrəman artıq bu işlərdən əl-ayağını çəkmişdir. Ailəsi ilə birlikdə yaşayan Ban 15 il fasilədən sonra yeni bir iş təklifi alar. Lakin bu yeni iş onun planladığı kimi getməz. Bu dəfə keçmiş super qəhrəmanın vəzifəsi daha çətin olacaq çünki ohəm ailəsini həm də bir çox məsum insanı təhlükədən xilas etməlidir.

İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya

10. Shrek – William Steigin 1990-cı ildə yazdığı nağıl əsasında çəkilən Shrek animasiya filmi İMDB-da 7.9 balı ilə qiymətləndirilmişdir.

Shrek bataqlıqda yaşayan və ətrafındakı insanlar tərəfindən qorxulan yaşıl bir divdir. Bir gün evinə qayıdarkən bütün nağıl qəhrəmanlarının bataqlığına yığışdığını görər. Nə qədər çalışsa da bu istənməyən qonaqları qova bilməz və nəhayət onlardan nə istədiklərini soruşar. Onlar da Duloc kralı Lord Farguaadın onları öldürmək istədiyini və ancaq Shrekin onu fikrindən döndərə biləcəyini deyərlər. Shrek o gün həyatını qurtardığı çox danışan bir eşşəklə Lord Farguaadın olduğu Duloc Krallığına getmək üçün yola düşür…

Hazırladı: Ayşən Rizvan

19 dekabr 2016
GO BACK