Qadin.NET / Xanımlar üçün güşə

Xanımlar üçün güşə

Evinizdə özünüz üçün “güşə” ayırın. 
Xanımlar üçün güşə

Qadın- gücdür, sirrdir, gözəllikdir, nəciblikdir, sevgidir. Buna baxmayaraq müasir həyatımızda bir çox xanımlar bu sadalananlardan uzaqlaşıblar və əsl qadının necə olduğunu unudublar. Bu mövzuda incəliyimizi və xanımlığımızı qorumaq və ya qaytarmaq üçün atılan addımlardan danışacağıq. 
İlk addım evimizdə özümüz üçün bir “güşə” ayırmaqdır. Bu otaq və ya evin bir hissəsi, xanımların mənəvi rahatlığı, enerjisi üçün çox vacib sayılır. Ənənəvi olaraq ev, yataq otağı iki hissəyə- kişi və qadınlar üçün olan hissəyə bölünməlidir. Bir çox evlərdə bu ənənə pozulur. Xanımlar üçün otaq.
Əgər eviniz buna imkan verirsə, ən yaxşısı budur ki, evinizdə özünüzə məxsus ayrı otaq qurun.Otağı necə yerləşdirməli? 
1. İnteryerdə kobud formalardan və metal, dəmir əşyaları yerləşdirməkdən uzaq olun. Əsas yumşaq və isti əşyalardan istifadə edin. 
2. Rəng isə çox emosiyalı olmamalıdır, əksinə sakit və gözləri yormayan seçsəniz yaxşı olar.
Xanımlar üçün güşə
3. İşıq gözqamaşdıran və parlaq deyil, romantik, sakit seçilməlidir. Gözəl masaüstü işıqlandırıcılardan (svetilnik), kiçik naçniklərdən istifadə edin..
4.Bütövlükdə xanımlar, müxtəlif parçalar və tekstildən istifadə etməyi sevirlər. Müxtəlif yastıqlar istifadə edin, yumşaq xalçalar rəngarəng pufiklər sizin güşənizə rahatlıq, yumşaqlıq və istilik gətirər. .
5.Əsasən təbii parça və materiallardan- ağacdan, pambıqdan, dəridən olan materiallar istfadə edin. Təbii otaq gülləri ilə otağınızı bəzəyin. Sevdiyiniz əşyaları, kitabları, özünüzə aid olanları bu otaqda cəmləyin.
6.Özünüz üçün istirahət zonası ayırın. Yoqa ilə məşğul olun, kitab oxuyun, çay için. Neqativ emosiyalardan azad olun və otağınızda dinlənin.
Xanımlar üçün güşə

7.Digər şəxslərin otağınızda çox olmasına icazə verməyin.Qoy ora sırf sizə aid olsun.

Xanımlar üçün güşə
Buduar
Əgər özünüzə otaq ayıra bilməsəniz heyfslənməyin.Yataq otağında özünə bir hissə ayırın. Yataq otağı da gözdənuzaq, sakit otaqdır.

Özünə buduar yarat. Buduar- sirməli, güzgülü tualet stolundan , qarşısında rahat pufiq, kiçik stul, və bir küncdə rahat otura biləcin kuşetkadan ibarət olsa gözəl bir güşəyə çevrilə bilər. 

 

Xanımlar üçün güşə
Buduarda ən əsas şey tualet masasıdır. Masada kosmetik vasitələri qoya biləcəyiniz sirmələr olmalıdır.Buduar yaradarkən rənlərə diqqət etmək lazımdır:şaftalı, çəhrayı, qızılı,mürəkkəb rənglərindən istifadə məsləhətdir. Qadın güşənizdə qeyri-adi, antekvar dekor elementlərindən istifadə edin. Masa üzərinə sevdiklərinizin şəkillərini, vaza, ətirli şamları düzün.

Bu güşənin yaradılmasını dəyərləndirin. İnanın ki, belə bir güşəniz olsa, peşman olmayacaqsınız. Özünüzə güvən hissiniz, cazibədarlığınızın artdığını görəcək və özünüzü əsl xanım kimi hiss edəcəksiniz.

Bəs sizin evinizdə belə bir güşə varmı?


31 may 2011
GO BACK