Bu gün sizə tamamilə fərqli xəbər hazırlamaq qərarına gəldim. Bir çoxları üçün adi görünə bilən, lakin əslində çox incə və eyni zamanda qəliz bir məsələdən bəhs edəcəyəm. Bir atanın qızının arzusunu gerçəkləşdirmək üçün xərclədiyi əməkdən, bitməyən səbrdən, axıb gedən zamandan və bütün bunların əsrarəngiz nəticəsindən danışacam.
Qızı çində oturub kitab oxuya biləcəyi sehirli ağacın olmasını istəyirdi. Atası da qızının bu qeyri-adi arzusunu reallaşdırmaq qərarına gəlir. Beləliklə, o kiçik modelə baxaraq divarda çəkməyə başladı.
Ağacın möhkəm ola bilməsi üçün qaynaq etməyi qərara alır və məhz bu Pəri ağacını tikə bilmək üçün qaynaqçılıq dərsləri alır.
100-120 saat sonra qaynaqla görüləcək iş tamamlanır.
İnşa ediləcək ağacın üzərini dəmir "örtük"lə bağlamaq 50 saat çəkir. Ağacın gövdəsi üçün xüsusi hazırlanmış sement və kağız xəmiri lazım olur. Bu da 225 saatını alır.
Ata gəncliyində küçə dirvalarına şəkillər çəkməklə məşhur imiş. Odur ki, bu bacarığından qızı üçün düzəltdiyi Pəri ağacının boyanmasında istifadə etdi.
Ulduzları xatırlatmaq üçün küknar ağacının işıqlarından faydalandı.
Ağacın üzərindəki dekorasiyaları da hazır şəkildə satışdan əldə etdi.
Budur, artıq ağac hazırdır və üzərində 3 yetişkin insanı saxlaya biləcək qədər dözümlüdür.
Nəticə etibarı ilə bu ağac üçün ata 18 ay- 350 saatını və 4,250 dollarını xərclədi. Ancaq qızının sevinci üçün zəhmətinə dəydiyini qeyd etdi.