Qadin.NET / Ayaqları bağlanan qadınlar

Ayaqları bağlanan qadınlar

Əziz xanımlar, "lotus ayaqlar" barəsində sizlərə bir xəbər hazırlamışdım. O xəbərimdə bu ənənə haqqında ətraflı məlumat vermişdim. İndi isə zamanında bu ənənəni yaşayan, bu işgəncəyə məruz qalan, günümüzə qədər gələn qadınların danışdıqlarından, təəssüratlarından yazacağam. Baxaq, görək, bu qadınlar nələr yaşamış, nələrə məruz qalmışlar...

Su Xi Rong (yaşayır)

Ayaqları bağlanan qadınlar

Kiçik və incə ayaqlarına görə kənddəki ən gözəl qadın olaraq bilinirmiş. Çox gəzməyi bacarmırmış , çünki ayaqları bədəninin kütləsini qaldıra bilmirmiş. Su Xi Rong'un dediyinə görə ənənələrdən ötəri ayaqlarını bu şəklə gətirməyən qadınlar evlənə bilməzlərmiş. Bu ənənəyə qarşı gələnləri də cəzalar gözləyərmiş.

Pue Hui Ying (76 yaş) - 2011

Ayaqları bağlanan qadınlar

Pue Hui qırıq barmaqlarla gəzməyin çox ağrılı olduğunu və 7 yaşında ayaqlarını bağladığını deyir.
Zhao Hua Hong (83 yaş) - 2010

Ayaqları bağlanan qadınlar

Zhao Hua Hong 15 yaşından bəri lotus ayaqlara sahibdir.

Si Yin Zhin (90 yaş) - 2011

Ayaqları bağlanan qadınlar

Lotus ənənəsinə görə uşaqlığından bəri əzab çəkən qadınlardan biridir. Ayaqları ən çox deformasiya olan qadınlardan Si Yin Zhin onları gizli tutmağa çalışırmış.

Huo Guan Yu (89 yaş) - 2010

Ayaqları bağlanan qadınlar

Huo Guan Yu isə 6 yaşından 2010-cu ilə qədər ayaqlarındakı sarğıları çıxarmayıb.
Yang Jing é (87 yaş) - 2010

Ayaqları bağlanan qadınlar

Yangın ayaqları 5 yaşındaykən nənəsi tərəfindən bağlanıb.

Zhang Yun Ying (103 yaş) - 2014

Ayaqları bağlanan qadınlar

Zhang yüz yaşından çox yaşayıb. Bu illərdə də başına gələn pis şeylərdən biri ayaqlarının bağlanmasıdır. Ayaqları normal insan ovucunun içində qalır.

Ma Zhen é (96 yaş) 2014

Ayaqları bağlanan qadınlar

8 yaşındaykən ağlamalarına və şikayətlərinə baxmayaraq nənəsi tərəfindən bu işgəncəyə məruz qalmışdır. 30 yaşına qədər də davam etmişdir.

Guo Ting Yu (83 yaş) - 2010

Anası, Guonun ayaqlarının möhkəm-möhkəm bağlanmasına qarşı imiş, lakin 15 yaşına gəldiyində ənənəyə qarşı çıxa bilməmişlər. Barmaqları qırılmış və ayağının altına yerləşdirilmişdir.

8 iyul 2015
GO BACK