Soyuducudan pis qoxuları uzaqlaşdırmaq üçün ən alt gözə üç-dörd dilim limon qoymanız kifayət edər.
İçərisi ərp bağlayan çaydana soyduğunuz kartof qabığını qoyub uzun müddət qaynadın, ərpin asanlıqla çıxdığını görəcəksiniz.
Ütünün altını duz və sirkəylə sürtsəniz ləkə tutmasını və paltara yapışmasının qarşısını almış olarsınız.
Xüsusilə duz və sirkə, mətbəx və ev əşyalarının təmizlənməsində mühüm yer tutur.
Aluminium qablar: aluminium qabların vaxt geçdikcə qaralması insanın mətbəxdə iş zövqünü qaçırır. Halbuki, asanlıqla bunun qarşısını almaq mümkündür. Su və bol sirkə olan qaba qoyub qaynadın. Digər bütün mətbəxdə olan əşyalarınızı da duz və sirkə ilə silərək əvvəlki parıltısına qovuşdura bilərsiniz.
Taxta qaşıqlar: Mətbəxdə istifadə edilən taxta qaşıqlar rənglərini tez itirir, qəhvəyi rəngə çevrilirlər. Bunu bir müddətə qədər qarşısını almaq istəyirsinizsə, taxta qaşıqları duru suda yaxşıca islatdıqdan sonra istifadə etsəniz daha yaxşı nəticə alarsınız.
Fincandakı izlər: Kofe və çay bəzən, fincanlarda çıxmayan ləkələr buraxar. Məhz təcili və təsirli çözümü sizə təqdim edirik. Nəmli bir parçanı təmizləyici suya batırın və ləkənin üzərini ovuşduraraq silin. Digər bir üsul isə diş məcunu ilə təmizləməkdir. Kofe ləkəsini çıxarmaq isə, xüsusən kofe quruduqdan sonra tamamilə əziyyətə çevrilir. Amma bütün çətin ləkələrdən olduğu kimi qəhvə ləkəsindən də xilas olmaq imkanınız var. Bunun üçün qliserinlə bir bezi isladıb, ləkəli yeri silin.
Çox sevdiyiniz çaydanın vaxt keçdikcə rəngi solur? Yarım stəkan sirkəyə bir çimdik duz atıb, qab sürtənlə çaydanı sürtün. Əvvəlki işıltlsına dərhal qovuşacaqdır.
Tavalarda ləkələr: Tavada yaranan ləkələri çıxartmaq üçün bir stəkan suya 2 yemək kaşığı karbonatıyarım stəkan sirkə ilə qarışdırın. Sirkəli və karbonatlı suyu tavanın içinə tökün və 10 dəqiqə qaynadın. Ləkələrin asanlıqla çıxdığını görəcəksiniz.
Blendır və polad qablar: Mətbəxin əvəzolunmaz köməkçilərindən hesab edilən blendırları təmizləmək yorucu işdir. Lakin praktik bir yolla bunun öhdəsindən asanlıqla gələ bilərsiniz. Bunun üçün blendırın yarısına qədər ilıq su töküb işlədin. İçindəki bütün ləkələrin çıxdığını görəcəksiniz. Polad qabın yenidən parıldaması üçün 1 çay qaşığı karbonat ilə 1 fincan sirkəni həll edib qazanda qaynadın. Həm üzərində işləyən qara ləkələr çıxacaq, həm də qazanınız tərtəmiz olacaq.